`Gürcüstanda dini tolerantlıq` mövzusunda dinlərarası konfrans keçirilib - FOTO 15 Noyabr 2017 02:00 Dünya Bu gün Tbilisidə yerləşən "Courtyard Marriott" mehmanxanasının konfrans salonunda Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə "Sülh və barış üçün dinlərarası dialoq" şüarı ilə 2-ci konfrans keçirilib. Maide.Az bildirir ki, beynəlxalq tolerantlıq günündə keçirilən bu günkü konfransın mövzusu " Gürcüstanda dini tolerantlıq " olub. Konfransda dini liderlərlər, din xadimləri, alimlər, parlament üzvləri, hökumət rəsmiləri və diplomatik korpusun nümayəndələri iştirak edib. İlk öncə konfransın təşkilatçısı Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxış edib. O, Gürcüstandakı bütün dini icmaların dostluq və sülh şəraitində fəaliyyət göstərdiyini vurğulayaraq dini icmalar arasında heç bir ciddi qarşıdurma və ya problem olmadığını, ölkədə tolerantlığın inkişaf etdiyini, Gürcüstan dövlətinin ənənəvi dinlərin normal və bərabər fəaliyyət göstərmələri üçün hər cür şərait yaratdığını qeyd edib. Sonra dövlət rəsmiləri, dini icmaların nümayəndələri və bir sıra elm adamlarından ibarət çıxış edənlər dinlərin tolerantlığa baxışını, dinlərin barış və dostluğa dəvətini və dözümlülük ruhunun əhəmiyyəti və ölkədəki dinlərin vəziyyəti haqqında danışıb. Teqlər : #`Gürcüstanda dini tolerantlıq` mövzusunda dinlərarası konfrans keçirilib FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda zəlzələ qurbanlarının sayı 474 nəfərə çatıb Amerikada müsəlmanlara qarşı fiziki hücumlar 40 faiz artıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO