Gündəlik hökmlər: Ağ spirtdən istifadə etmək 12 Aprel 2019 14:12 Əhkam Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Ağ spirtdən istifadə etməyin hökmü ilə bağlı suala cavabını təqdim edir: Sual. Ağ spirtdən tibbi alətlərin, məsələn, qızdırmaölçənin dizinfeksiya edilməsi üçün istifadə oluna bilərmi, yaxud həkimlər bu spirtlə öz əllərini dizinfeksiya edə bilərlərmi? Ağ spirt tibbi spirtdir və içilə də bilər. Əgər paltarın üstünə bu spirtdən bir və ya bir neçə damla tökülərsə, həmin paltarda namaz qılmaq olarmı? Cavab: Əgər əsli maye olmayan spirt olsa, məstedici olmasına baxmayaraq, pak sayılır. Bu spirtin töküldüyü paltarda namaz qılmaq səhihdir və paltarı paklamağa ehtiyac yoxdur. Amma əgər əsli maye olan və mütəxəssislərin də məstedici müəyyən etdikləri spirt, ehtiyata əsasən, nəcisdir. Bu spirtin dəydiyi bədən və ya paltarda namaz qılmaq üçün bədən və paltar paklanmalıdır. Lakin tibbi alətlərin və bu kimi şeylərin dizinfeksiya edilməsində bu spirtdən istifadə edilməsinin maneəsi yoxdur. Teqlər : #Gündəlik,#hökmlər:,#Ağ,#spirtdən,#istifadə,#etmək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gündəlik hökmlər: Diş sapından istifadə etmək Gündəlik hökmlər: Məsciddə musiqi səsləndirmək
Gündəlik hökmlər: Dini elmlər hövzəsində təhsil alan tələbələrin və universitet tələbələrinin təhsil ilə bağlı səfəri
Gündəlik hökmlər: Orucu bilərəkdən iftar etməyin kəffarəsini vermək iqtidarında olmayanı şəxsin hökmü
Gündəlik hökmlər: Orucu bilərəkdən iftar etməyin kəffarəsini vermək iqtidarında olmayanı şəxsin hökmü