Gələn il Aşqabadda Xəzərin hüquqi statusu müzakirə ediləcək 12 Dekabr 2016 02:00 Ölkə Gələn ilin yanvar ayında Aşqabadda Xəzərin hüquqi statusuna dair işçi qrupunun görüşü olacaq. Modern.az-ın xəbərinə görə, bu barədə xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov bildirib. Nazir müavini deyib ki, görüşdə Xəzərin hüquq statusuna dair danışıqlarla yanaşı, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısına hazırlıq mələləri də müzakirə olunacaq. X. Xələfov əlavə edib ki, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar mütəmadi olaraq aparılır: “İşçi qrupu çərçivəsində görüşlər keçirilir. İşçi qrupunun yanvarın əvvəllərində Aşqabadda keçiriləcək görüşündə müzakiər olunacaq əsas məsələ növbəti sammitin keçirilməsidir. Belə bir plan da var ki, işçi qrupu nazirlərin görüşünü də təşkil etsin. Artıq belə bir təşəbbüs var. Bütün bu tədbirlər ona yönəlib ki, növbəti sammitdə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya qəbul olunsun”. Teqlər : #Gələn il Aşqabadda Xəzərin hüquqi statusu müzakirə ediləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 7 gün ard-arda iş olmayacaq Sabaha olan hava proqnozu açıqlanıb