Gəncədə 62 yaşlı qadın yandı

Gəncədə qadın yanıb.
 
APA-nın qərb bürosunun məlumata görə, Gəncə şəhər sakini, 1954-cü il təvəllüdlü Gülnar Şabanova üz və bədənin müxtəlif nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
 
Reanimasiya şöbəsinə yerləşdirilƏn qadının vəziyyəti ağır qiymətləndirilir.
 
Onun hansı şəraitdə yanıq xəsarətləri aldığı hələlik məlum deyil./
 

Google+ WhatsApp ok.ru