Fransanın ‘Əz-Zəhra (s) İslam Mərkəzi’ fəaliyyətini tamamilə dayandırdı 11 Aprel 2019 12:14 Dünya Fransada şiələrə məxsus “Əz-Zəhra (s) İslam Mərkəzi” rəsmən fəaliyyətini dayandırdığını elan edib. Maide.Az mərkəzin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Fransa məhkəməsinin İslami Mərkəzin bağlanması ilə bağlı qərarın icrasıdır. “Əz-Zəhra (s) İslam Mərkəzi” öz bəyanatında bildirir: “14 ildən çoxdur ki, Fransa xalqına elmi və mədəni maarifləndirmə işləri ilə xidmət göstərmişik və bunun üçün fəxr edirik. Fransa polisi və məhkəməsi gülünc və boş bəhanələrlə İslam Mərkəzinin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edib. Qətiyyətlə Fransa dövlət rəsmilərinə bildiririk: Necəki özünüz də yaxşı bilirsiz , sizin bu düşmənçiliyinizin əsas səbəbi bizim mərkəzin təkfirçilik və sionism əleyhinə yorulmadan göstərdiyi fəaliyyətidir. İfratçılıq və terrorizm kimi yalan ittihamlarınız sizin xəyallarınızın məhsuludur. Biz həmişə terrorizm və ifratçılıqla mübarizədə olmuşuq.” Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Fransa polisi “Əz-Zəhra (s) İslam Mərkəzin”ə hücum edib, axtarış aparıb və 11 nəfəri həbs edib. Polis "Əz-Zəhra (s)" şiə İslam mərkəzinə hücumu "terrorizmin qarşısının alınması" lahiyəsinin bir hissəsi olduğunu açıqlayıb. Fransanın şiə məzhəbinə məxsus "Əz-Zəhra (s) İslam Mərkəzi" 2009-cu ildə İslamın ismarıcını "Peyğəmbər (s) və Əhli-Beyt (ə)" məktəbi əsasında insanlara çatdırmaq məqsədilə təsis edilmişdir. Teqlər : #Fransanın,#‘ƏzZəhra,#(s),#İslam,#Mərkəzi’,#fəaliyyətini,#tamamilə,#dayandırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Venesuelada 2,8 milyonadək insanın yardıma ehtiyacı var Wikileaks saytının yaradıcısı Julian Assange saxlanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO