Fransalı cütlükdən Quran öyrədən gəlincik - FOTO/VİDEO 24 İyul 2017 01:00 Dünya Fransada yaşayan müsəlman ailə yeni bir gəlincik hazırlayıb ki, gəlincik uşaqlara Quran təlim edir. Maide.İnfo xəbər verir ki, “The National”-ın məlumatına görə, Samira Amarir və Adil-Amesrouh gəlincikləri Çinin Şanto şəhərində istehsal etdirib. Quran müəlliməsi olan Samira bildirir ki, 4 yaşlı qızıma Quran öyrətmək istəyirdim və bunun üçün Quran surələrini öyrədə bilən gəlincik layihələşdirdim. “Yoldaşımla birlikdə Çinə səfər etdik və orada bu gəlinciyin istehsalı üçün sifariş verdik. Hazırladığımız gəlincik Fransanın Şantiyi şəhərində yaşayan dostlarımızın böyük marağına səbəb oldu. Bundan sonra biz gəlinciklərin daha çox həcmdə istehsal edib və satışa çıxarılmasına qərar verdik”. "Cənnət" adlanan bu gəlinciklər hazırda BƏƏ-də satılır. Samira deyir ki, uşaqlara Quran təlimi qaydaları çox qədimidir və bu gün lazımdır ki, günün tələbinə uyğun uşaqlar üçün də yeniliklər edilsin. / Teqlər : #Fransalı cütlükdən Quran öyrədən gəlincik FOTO/VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya Qafqazda böyük təlimə başladı Uşaqların namaz qılmağı öyrənməsi üçün 3D formatlı “Namaz” simulator
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO