Fatih Birol: Dünyada neft anbarları dolacaq, maye qaz zavodları bağlanacaq 27 Mart 2020 10:49 Dünya "Dünyada neft anbarları tezliklə dolacaq”. Belə bir açıqlamanı Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol verib. Bu, "OPEC+" sazişinin pozulması, həmçinin koronavirusun başlaması səbəbindən enerji istehlakının kəskin azalması ilə bağlıdır. Madie.Az xəbər verir ki, bu barədə "PRİME" agentliyi yazır. Eyni zamanda Birol, tələbin bərpasının asan və sürətli olmayacağını qeyd edərək, əsas bazar oyunçularını daha məsuliyyətli mövqe tutmağa çağırıb. Fatih Birol koronavirus səbəbiylə bu gün üç milyard insan hərəkət edə bilmədiyini və bunun da dünya üzrə neftə tələbatın gündə 20 milyon barelə salacağını deyib. O əlavə edib ki, hazırda gündəlik tələbat 100 milyon barelə yaxındır ki, bunun da 60%-i nəqliyyat üçün yanacağa gedir. Bir çox ölkədə hava nəqliyyatına qoyulan məhdudiyyətlər və karantinə səbəbindən tələb aşağı düşür. Bundan əlavə Fatih Birol, mayeləşdirilmiş təbii qaz istehsalı ilə məşğul olan bir çox müəssisənin fəaliyyətini dayandıra biləcəyini də qeyd etdi. Ən böyük LNG ixracatçılarının müqavilələri neftin qiymətləri ilə bağlanır və çox əziyyət çəkəcəklər. "Müqavilələri neft qiymətləri ilə əlaqəli olan Avstraliya və Qətər kimi LNG ixrac edən bir çox ölkəyə ciddi təsir göstəriləcək. ABŞ LNG sektorunun da bundan əziyyət çəkəcəyini gözləyirəm. Dünyada çoxsaylı bağlanmalara rast gələ bilərik", - o deyib. Birol aşağı qiymətlərin bir çox ölkələri kömürdən qaza keçməyə məcbur edəcəyini istisna etməyib. Teqlər : #Fatih,#Birol:,#Dünyada,#neft,#anbarları,#dolacaq,#maye,#qaz,#zavodları,#bağlanacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT-dən dünya dövlətlərinə: həbsxanalardakı insanların sayını azaldın Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə patrul aparıb - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO