`Facebook`da daha bir yenilik: 3 ayınız qaldı 09 Avqust 2014 01:00 Xəbərlər Dünyanın ən populyar sosial şəbəkə saytlarından olan “facebook”da bəzi islahatlar olacaq. Artıq sosial şəbəkədə məcburi “like” dövrü başa çatır. Belə ki, daha əvvəl “facebook”da bəzi səhifələrə və tətbiqlərə daxil olmaq üçün “like” məcburiyyəti vardı. “Facebook” rəhbərliyi bəzi qurum və şirkətlərin “təqibçi” toplamaq strategiyasına son verəcək. Rəhbərlik hesab edir ki, bu həm qurumlar üçün, həm də istifadəçilər üçün faydalı olacaq. Bu qərarın qəbul edilməsinin əsas məqsədi isə insanların həqiqətən də maraqlandıqları və təqib etmək istədikləri platformu "like" etməsini təmin edərək sağlam istifadəçi təcrübəsi qazanmaqdır. “Facebook” bu qərarını bu il noyabrın 5-də icra edəcəyini açıqlayıb. Beləliklə “like ovçuları”nın “like” toplamaq üçün sadəcə 3 ayları qalıb. Teqlər : #`Facebook`da daha bir yenilik: 3 ayınız qaldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayağı qatarla platformanın arasında qaldı və .. - Video Kürd qüvvələri Sincarın 4 kəndini İŞİD-dən geri aldı