Fələstində qurbanların sayı 18-ə yüksəldi 02 Aprel 2018 01:00 Fələstin -- 29 yaşlı Faris ər-Rakab həyatını itirib. Böyük Qayıdış Yürüşü əsnasında yaralanan gəncin həyatını itirməsi ilə Qəzza ilə sərhəddə İsrail hərbçiləri tərəfindən öldürülənlərin sayı 18-ə yüksəldi. Maide.Az "faktxeber"-ə isitnadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf Əl Kudra yazılı açıqlamasında bildirir ki, ötən cümə həyata keçirilən etiraz aksiyasında qarnından yaralanan 29 yaşlı Faris ər-Rakab həyatını itirib. Bununla da cümə günündən bəri həlak olanların sayı 18-ə yüksəldi. Qeyd edək ki, tarixi Fələstin torpaqlarındakı İsrail işğalına qarşı müqavimətin simvolu halına gələn Torpaq Gününün 42-ci ilində «Böyük Qayıdış Yürüşü» üçün Qəzzadakı sərhədə doğru hərəkətə keçilib. Fələstinin bayrağını daşıyan çox sayda insan 1948-ci ildə torpaqlarından məcburi köçürülən fələstinlilərin qayıtma haqqını müdafiə etmək və İsrailə etiraz üçün Qəzzanın Xan Yunus şəhərinin şərqindəki İsrail sərhəddinə axın edib. İşğalçı İsrail ejimi Fələstinin müxtəlif bölgələrinə 100 snayper yerləşdirdiyini açıqlamışdı. İsrailin müdafiə naziri Aviqdor Liberman da nümayişə qatılacaq fələstinlilərin can güvənliyinin olmayacağını açıqlayaraq qətliam siqnalını vermişdi. Beləliklə, dinc aksiya keçirən aksiyaçılara qarşı qaz bombalardan və həqiqi güllələrdən istifadə olunub. Sosial şəbəkələrdə yayılan videoların birində hətta namaz qılan insanlara da atəş açıldığı görünür. Nəticədə 20-yə yaxın dinc sakin həlak olub və 500-dən artıq insan da yaralanıb. Fələstinlilər etiraz aksiyalarına 6 həftə davam edirmək istəyirlər. Teqlər : #Fələstində qurbanların sayı 18ə yüksəldi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tel-Əvivdə sionist ordusunun fələstinlilərə qarşı hücumuna etiraz edildi Fələstin xalqının müqavimət `atəşini` söndürə bilməyəcəklər` - Xalid Məşal
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar