Fələstindəki yeganə onkoloji xəstəxana bağlanır 20 Oktyabr 2017 01:00 Fələstin Fələstinin işğal olunmuş ərazisində, Beytül-Müqəddəsin şərqində fəaliyyət göstərən və fələstinli xərçəng xəstələrinə xidmət göstərən yeganə xəstəxana bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Maide.Az “Əl Cəzirə”yə istinadən xəbər verir ki, xəstəxananın bağlanmasına səbəb maliyyə çatışmamazlığıdır. Məlumata görə, Qərbi Şəriyədə və Qəzzada yaşayan fələstinlilərə dializ və şüa müalicəsi xidmətləri göstərən “Augusta Victoria Hospital” (AVH) maliyyə böhranına görə xəstələrə xidmətdən imtina edib və bu xəstələr üçün təhlükə yaradıb. Qeyd edək ki, xəstəxanaya müraciət edənlərin 35 faizi Qəzza zolağından, 65 faizi isə Qərbi Şəriyyədəndir. Xəstəxana bəzi ehtiyaclarını xeyriyyəçi insanların, Avropa İttfaqının dəstəyi və skok satışı ilə təmin edib. Lakin xərçəng xəstələri üçün müalicə xərcləri çox olduğu üçün lazimi maddi vəsaiti təmin etməkdə çətinlik çəkir. Bildirilir ki, Fələstin hökumətinin xəstəxanaya 51 milyon dollar borcu var. Teqlər : #Fələstindəki yeganə onkoloji xəstəxana bağlanır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinin əsas iki cinahı vahid hökumət məsələsində yekun razılığa gəliblər İsrail fələstinlilərin yaşadığı kəndi 120-ci dəfə dağıtdı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar