Fələstinlilər `Pizza Hut` restoranlarını baykot etməyə çağırır - FOTO 10 May 2017 01:00 Fələstin Fələstinlilər dünyanın müxtəlif ölkələrində “Pizza Hut” restoranlarının baykot edilməsini istəyir. Maide.Az xəbər verir ki, "Pizza Hut" restoranlar şəbəkəsinin işğalçı İsrail şöbəsi bazar ertəsi günü öz facebook səhifəsində İsrail rəsmiləri tərəfindən yayımlanmış videodan bir foto yayımlayıb və iddia edib ki, aprelin 17-dən aclıq aksiaysı keçirən "FƏTH" hərəkatının keçmiş lideri Mərvan Bərğusi yemək yeyir. Saxta fotonun üzərində qırmızı xəttin üzərində “Bərğusi əgər aclıq aksiyanı pozmaq istəyirsənsə, nə üçün Pizza yeməyəsən?” cümləsi yazılıb. Eləcə də fotoda bir pizza qutusu taxtın altından çıxdığı və bir tikə pizzanın yuyucunun üzərində qoyulduğu görsənir. "Pizza Hut" restoranının fələstinli məhbuslara qarşı bu hörmətsizliyinin ardınca "Pizza Hut" restoranlar şəbəkəsinin Amerikada yerləşən baş ofisi bəyanat yayaraq fələstinlilərdən üzrxahlıq edib. Qeyd edək ki, işğalçı İsrail rejimi həbsxanalarında mövcud olan dözülməz şəraitə və inzibati həbslərə etiraz əlaməti olaraq, eləcə də qohumlarla daha artıq görüş imkanının tələbi ilə 2000-dən çox fələstinli məhbus aprelin 17-dən aclıq aksiyasına başlayıb. İlk öncə aclıq aksiya iştirakçılarının sayı 700 nəfər idi lakin sonradan aclıq aksiya iştirakçılarının sayı getdikcə artdı və hazırda 2000 nəfərdən çoxdur. Beynəlxalq KİV-lərin məlumatına görə, İsrail rejim Həbsxanalar Təşkilatı fələstinli məhbuslara sərin su içməyi qadağan edib və onları isti su içməyə məcbur edir. Xatırladaq ki, hazırda 6500 nəfərdən çox fələstinli işğalçı İsrail rejim həbsxanalarında saxlanılr ki, onlardan 62 nəfəri qadın və 300 nəfəri isə yeniyetmə və uşaqlardır. (presstv) / Teqlər : #Fələstinlilər `Pizza Hut` restoranlarını baykot etməyə çağırır FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşağlçı İsrail rejimi Qüds sakinlərinə qarşı təzyiqləri artırır İsrail rejimi 17 il ərzində 100 min fələstinlini həbs edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar