Fələstinli məhbus Nobel Sülh Mükafatına namizəd göstərildi 05 Aprel 2016 01:00 Fələstin Sionist İsrail rejimində 2002-ci ildən etibarən həbsdə olan İntifada hərəkatının liderlərindən fələstinli Mərvan əl-Bərqusinin Nobel Sülh Mükafatına namizəd göstərildiyi bildirilib. Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, argentinalı insan haqları müdafiəçisi Nobel mükafatı almış Adolfo Perez Eskivel Mərvan Əl-Bərqusini Nobel Sülh Mükafatına namizəd göstərib. Tunisli Jurnalistlər İttifaqının "Fələstin Torpaq və Əsir Günü" adlı panelində çıxış edən Mərvan əl-Bərqusinin həyat yoldaşı vəkil Fedva əl-Bərqusi belə bir açıqlama ilə çıxış edib: "Cənubi Amerikadan müqavimətçi və Nobel Sülh Mükafatı almış Adolfo Perez Eskivel Mərvan əl-Bərqusini Nobel Sülh Mükafatına namizəd göstərib". Bərqusi yüksək səviyyəli beynəlxalq bir komitənin yoldaşının və bütün fələstinli əsirlərin azadlığa buraxılmasına dəstək üçün işlər gördüyünü dilə gətirib: "Mərvanın namizədliyi Fələstin müqavimətinin qanuniliyinə bir dəstəkdir", - deyə Fedva Əl-Bərqusi bildirib./ Teqlər : #Fələstinli məhbus Nobel Sülh Mükafatına namizəd göstərildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzza mühasirəsinə son qoymaq məqsədi ilə kampaniyaya İsrail hərbçilərinin Qərb sahilinə hücumları davam edir
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar