`Fələstin Milli Şurasının İclası təxirə salınmalıdır` 08 Sentyabr 2015 01:00 Fələstin Həmas Siyasi Büro sədri Xalid Məşəl Fələstin Milli Şurası Toplantısının "milli razılaşma əldə olunana qədər" təxirə salınmasına çağırıb. Maide.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirdiyi mətbuat konfransında danışan Məşəl İsrail rejiminin 24 avqustdan bu günə qədər Fələstinlilərin Məscidi Əqsaya girişini məhdudlaşdırmasını "təhlükəli hadisə" - deyə qiymətləndirərək, Məscidi Əqsanın və Fələstin müqəddəslərinin azad edilməsi üçün ümumi həyəcan və "bütün formaları ilə müqavimət" çağırışı edib. Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Mərakeş, İordaniya, Ərəb və İslam dövlətlərindən Məscidi Əqsanın azad edilməsi üçün hərəkətə keçmələrini istəyən Məşəl, "Qüdsdəki insanları, Qəzzadakı Fələstinliləri bütün məhdudiyyətlərə baxmayaraq, Məscidi Əqsa üçün etiraza çağırırıq. Hamını müqavimət göstərməyə çağırırıq" deyə danışıb. Fələstin Milli Şurasının İclasını "fərdi bir baxışla, müzakirəsiz" surətdə həyata keçirməyin ayrılığı zirvəyə aparacağını söyləyən Məşəl, toplantının təxirə salınmasına çağırış edib. Teqlər : #`Fələstin Milli Şurasının İclası təxirə salınmalıdır`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qüdsün müxtəlif bölgələrində sionistlər fələstinlilərlə toqquşublar İsrail rejiminin zindanlarında 200 fələstinli uşaq əsirdir
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar