Fələstində İsrail casusu tutulub

Maide.az xəbər verir ki, Qəzzada Fələstin müqavimət qüvvələri sionist İsrail rejiminin bir casusunu tutublar.
 
Digər tərəfdən sionist rejimin "Yediot Aharanoot" qəzeti hərbi mənbələri istinadən xəbər verir ki, rejim, Həmasın onlara aid hərbi qüvvələrin keçirdiyi əməliyyatlarla əlaqədar son günlər yayımladığı görüntülər qarşısında şoka düşüb. İşğalçı ordunun olduqca gizli məlumat və görüntülərinin Həmasın əlinə necə keçdiyi müəmmalıdır.
 
Qəzet mövzuyla əlaqədar xəbərində "Qəssam Briqadaları"nın İsrail əsgərlərinə qarşı reallaşdırdığı iki əməliyyatla əlaqədar məlumat və görüntülərin orduya aid kompüterlərdən oğurlanması, Həmasın orduya aid kompüterə girə bilmək imkanına sahib olduğu və ya naməlum şəxslərin kompüterlərə girərək bu məlumatları oğurlayıb, Həmasa xidmət etdiyinə dair ciddi suallar gündəmə gəlir", - deyilir.

Google+ WhatsApp ok.ru