Şeyx Zəkzəki bəraət alaraq azad olundu 28 İyul 2021 22:00 Xəbərlər Nigeriyanın Kaduna əyaləti üzrə Ali Məhkəməsi 6 ildir qanunsuz və haqsız yerə həbsdə saxlanılan İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki və həyat yoldaşının azad edilməsi barədə qərar qəbul edib. Maide.Az "Mehr" agentliyinə istinadla xəbər verir ki, qərara əsasən Şeyx Zəkzaki və xanımı bütün ittihamlardan bəraət alıb. Kaduna Ali Məhkəməsi prokrorluq tərəfindən Şeyx Zəkzaki və onun həyat yoldaşına qarşı irəli sürülən ittihamların sübuta yetirilmədiyini qeyd edib və onun azadlığına qərar verib. Teqlər : #Şeyx,#Zəkzəki,#bəraət,#alaraq,#azad,#olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təyyarə ilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşib İraqda helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb