Şeyx Zəkzaki ölüm təhlükəsi ilə üz-üzə qalıb 08 İyul 2019 14:59 Dünya Nigeriya İslam Hərəkatının lideri, hazırda qanunsuz həbsdə saxlanılan Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşdiyi və ölüm təhlükəsi ilə üz-üzə qaldığı bildirilir. Maide.Az "eastnews"a istinadla xəbər verir ki, bu barədə Nigeriyada fəaliyyət göstərən müsəlman təşkilatları mətbuata məlumat verilib. Şeyx İbrahim Zəkzakinin oğlu Məhəmməd Zəkzaki atasının Nigeriya hökuməti tərəfindən qətlə yetirilmə planı olduğunu qeyd edib. O, atasının qanında zəhərli həddə qurğuşun və kadmi elementlərinin aşkar edildiyini açıqlayıb. Xatırladaq ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib. Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar. Teqlər : #Şeyx,#Zəkzaki,#ölüm,#təhlükəsi,#ilə,#üzüzə,#qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraq Ərbəin ziyarəti günlərində iranlılar üçün viza rejimini ləğv etdi Əfqanıstanda şiələrin məscidinə hücum olundu, ölən və yaralananlar var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO