Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb, düşmən itki verib - VİDEO 22 Fevral 2017 02:00 Qarabağ xəbərləri Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.Az-a verilən məlumata görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir. / Teqlər : #Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb,#düşmən itki verib VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri Ağdamda çobanları atəşə tutub Azərbaycan ordusunun əsgəri şəhid olub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni