Dolların “qara bazar” qiyməti 25 Avqust 2016 01:00 İqtisadiyyat Bankların dollar satışına limit tətbiq etməsi “qara bazar”ın aktivləşməsinə səbəb olub. Maide.Az xəbər verir ki, hazırda bu bazarda valyuta əməliyyatları limitsiz reallaşdırılır. “Qara bazar”da bir dolların alış kursu 1.70 manat, satışı isə 1.71 manat təşkil edir. Avronun alış-satış məzənnəsinə gəlincə, alış 1.90, satış 1.92 manat təşkil edir. Qeyd edək ki, bu günə olan rəsmi valyuta məzənnələri dollar üzrə 1.6245 manat, avro üzrə 1.8308 manatdır. Kommersiya bankları tərəfindən hər iki valyutanın alqı-satqısı 4 faiz məzənnə fərqi ilə reallaşdırılır. (Fins.az) Teqlər : #Dolların qara bazar qiyməti, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avro yenə ucuzlaşdı – RƏSMİ MƏZƏNNƏLƏR Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR