Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR 19 İyul 2016 01:00 İqtisadiyyat Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Nikoyl Bank”dır. Fins.az xəbər verir ki, bu bankda Amerika valyutası 1,5600 manata alınır. Dollar qiymətləri Dolları ən aşağı qiymətə alan bank isə “Respublika”dır. Bu banklarda alış qiyməti 1,5100 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Bank Silk Vey” və “Zıraat Bank (Azərbaycan)”dadır. Bu bank dolları 1,5750 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Kapital Bank”dır. Bankda satış qiyməti 1,6215manatdır. Avro qiymətləri Avronu ən baha “Dekabank” alır– 1,7307manata. Avronun ən ucuz götürüldüyü bank “AGBank” 1,6570 manata. Avronu ən ucuz “Bank Silk Vey” satır – 1,7400manata. Avronun ən baha satıldığı bank isə “Bank of Baku”dır – 1,8020 manata. Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz. / Teqlər : #Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dollar bir az da bahalaşdı `Bank Melli İran-Bakı`nın zərəri artıb