Dünyanın ən qədim Quran nüsxəsindən FOTOLAR 07 Noyabr 2017 02:00 Xəbərlər -- Quranın yazılma tarixi xəlifə Osman ibn Əffanın zamanına aiddir Dünyanın ən qədim və nadir əlyazma Qurani-Kərim nüsxəsi BƏƏ-nin Şarcə şəhərində keçirilən 36-cı beynəlxalq kitab sərgisində nümayiş olunur. Maide.Az "İqna"a istinadən xəbər verir ki, dünyanın ən qədim və nadir əlyazma Quran nüsxəsi sayılan "Birmenqam Quran nüsxəsi"nin orjinalı və elektron nümunəsi “Quran”ın eramızın 468-645-ci illərə aid əlyazmasının surətidir. Sənəd beynəlxalq ictimaiyyətə ilk dəfə təqdim olunur. Dünyada ən böyük Şarca kitab yarmarkası 1982-ci ildən bəri Birləşmiş Ərəb Əmirliklərində keçirilir. Bu il burada 1,5 milyon kitab satışa çıxarılacaq. Bu nüsxə 2015-ci ilin İyul ayında universitetin qədim əlyazma sənədləri arasında kəşf edilib və yazılma tarixi xəlifə Osman ibn Əffanın zamanına aiddir. Radikarbon analizlərinin 95/4% dəqiqlik ilə nəticəsi göstərir ki, Birmenqam Quranının yazıldığı tarix 468 - 645-ci illərə təsadüf edir. Buna görə də bu nüsxə Quranın ən qədim əlyazma nüsxəsidir. Şarca Beynəlxalq Kitab Sərgisi cari ilin noyabr ayının 1-də başlayıb və 11-dək davam edəcəkdir. Sərgidə dünyanın 60 ölkəsindən 1650 nəşriyyatçı iştirak edir. Teqlər : #Dünyanın ən qədim Quran nüsxəsindən FOTOLAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəxsiyyət vəsiqələrinin müddəti ilə bağlı dəyişikliklər edilir Bakının hansı ərazilərində evlərə təhlükə var? – Siyahı