Dünyanın ən güclü ordularının yeni REYTİNQİ 29 İyun 2017 01:00 Hərb "Global Firepower" beynəlxalq analitik mərkəzi 2017-ci il üçün dünyanın ən güclü silahlı qüvvələrinin yeni reytinqini dərc edib. Azərbaycanın hərbi gücləri siyahıda 59-cu yerdə göstərilib. 132 ölkənin reytinqində bədnam qonşumuz Ermənistan 95-ci yerdədir, Cənubi Qafqazın digər dövləti Gürcüstan isə 80-ci pillədə yerləşdirilib. Dünyanın ən güclü ordularının reytinqində ilk “beşlik”də ABŞ, Rusiya, Çin, Hindistan və Fransa qərarlaşıb. Türkiyə 8-ci, İran 20-cidir. Reytinq 50 kriteriya üzrə müəyyənləşdirilib. Bu zaman ölkənin hava, su və qurudakı potensial imkanları qiymətləndirilib. Həmçinin, insan resursları, maliyyə, coğrafiya amilləri nəzərə alınıb. Eyni zamanda əsas diqqət silahların sayına deyil, müxtəlifliyinə göstərilib. (modern.az) / Teqlər : #Dünyanın ən güclü ordularının yeni REYTİNQİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək Düşmən atəşkəs rejimini 128 dəfə pozub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'