DİM rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edib - SİYAHI 27 İyul 2017 01:00 Elm, Təhsil Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 və 29 iyulda DİM-ə müraciət edə bilərlər Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarinda iştirak edən və müsabiqə şərtini ödəyən namizədlərə müraciət edib. DİM-dən "Report"a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 və 29 iyul saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilər. Qeyd edək ki, * işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2017, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır. 2017/2018-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir. Digər ixtisaslar üzrə plan yerləri tam dolub. Boş qalan plan yerləri aşağıdakılardır: AzərbaycanTibbUniversiteti 311422 Gigiyena 2 311439 Epidemiologiya 2 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu 313261 Narkologiya 1 313278 Ftiziatriya 1 313326 Gigiyena 2 313334 Epidemiologiya 3 Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 324115 Ftiziatriya 1 *324123 Mikrobiologiya 1 Respublika Narkoloji Mərkəzi 332118 Narkologiya 3 Respublika Gigiyena və Epidemiologiya Mərkəzi *333114 Mikrobiologiya 1 333122 Gigiyena 2 333139 Epidemiologiya 2 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası 339117 Psixiatriya 2 3 nömrəli Bakı Şəhər Klinik Xəstəxanası 343118 Anesteziologiya-reanimatologiya 2 343183 Laboratoriyaişi 1 İctimai Səhiyyə və İslahatlar Mərkəzi *346115 Sosial gigiyena və səhiyyənin təşkili 1 Naxçıvan Dövlət Universiteti 361132 Uşaq cərrahiyyəsi 1 361149 Travmatologiya-ortopediya 1 361165 Psixiatriya 1 361198 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza 2 *361246 Sosial gigiyena və səhiyyənin təşkili 2 *361254 Mikrobiologiya 1 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı 362145 Travmatologiya-ortopediya 1 Teqlər : #DİM rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edib SİYAHI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb Peşə məktəblərinə qəbulla bağlı YENİLİK