Dəməşqdə Həzrət Zeynəb (s.ə) hərəmi yaxınlığında 4 partlayışda həyatını itirənlərin sayı 70 nəfərə çatıb-FOTO 21 Fevral 2016 02:00 Dünya Dəməşqin cənubunda Həzrət Zeynəb (s.ə) hərəmi yaxınlığında törədilmiş ardıcıl terror aktları nəticəsində həyatını itirənlərin sayı 70 nəfərə çatıb. Onlarla xəsarət almış insan xəstəxanalara aparılıb. Seyyidə Zeynəb (s.ə) rayonunda bazar yaxınlığında ardıcıl 4 partlayış törədilib. Bundan öncə ən azı 30 nəfərin həyatını itirdiyi bildirilirdi. "Həyatını itirənlərin sayı 70 nəfərə çatıb, onlarla xəsarət alan insan xəstəxanalara yerləşdirilib", - deyə jurnalistlərə açıqlamasında təhlükəsizlik xidməti əməkdaşları bildirib. Verilən məlumata görə, azğın terrora görə məsuliyyəti İŞİD təkfirçi vəhabi qruplaşması öz üzərinə götürüb. Qeyd edək ki,bu gün Suriyanın Homs şəhərində də avtomobildə quraşdırılmış iki bomba partladılıb, 46 nəfər həlak olub. deyerler.org / Teqlər : #Dəməşqdə Həzrət Zeynəb (s.ə) hərəmi yaxınlığında 4 partlayışda həyatını itirənlərin sayı 70 nəfərə çatıbFOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstanbulda polis şöbəsinə hücum: ölən var Amerika Müsəlmanlar Şurası prezidentliyə namizəd Trampı debata dəvət etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO