''İcra hakimiyyəti evimizi söküb, yerində ağac əkmək istəyir'' (VİDEO) 11 Aprel 2016 01:00 Xəbərlər Sumqayıtlılar icra başçısının müavininə etiraz etdilər Aprelin 5-də Sumqayıt şəhərinin Çerkas küçəsinin sakinləri icra başçısının müavini Sahib Quliyevə etiraz ediblər. Səbəb icra hakimiyyətinin onların yaşadıqları ərazidə ağac əkməsidir. Sakinlər deyir ki, sənədləri qaydasında olan evlərini sökərək, yerində ağac əkmək istəyirlər. Halbuki həmin sənədlərdə Sahib Quliyevin də imzası var. Sumqayıt şəhər İcra Hakimiyyəti isə sakinlərin şikayətini əsassız hesab edir və həmin ərazinin kiminsə şəxsi mülkü olmadığını bildirir. / Teqlər : #''İcra hakimiyyəti evimizi söküb,#yerində ağac əkmək istəyir'' (VİDEO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İtaliyanın Florensiya şəhərində məscidin inşası planlaşdırılır Yanan binaya yenə üzlük vurulur. Sakinlər narahatdı- [Video, Foto]