CNN: Səudiyyə Ərəbistanı ABŞ-ın hədiyyə etdiyi silahları Yəməndə Əl-Qaidənin ixtiyarında qoyur 05 Fevral 2019 09:29 Yəmən ABŞ-ın CNN televiziya kanalı apardığı araşdırmanın nəticələrini açıqlayıb. Maide.Az "tasnimnews" agentliyinə istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, Səudiyyə Ərəbistanı ABŞ-ın hədiyyə etdiyi silahları Yəməndə Əl-Qaidənin ixtiyarında qoyur. Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanı və müttəfiqləri ABŞ istehsalı olan silahları Yəməndə Əl-Qaidə və digər ifratçı qrupların ixityarında qoyur. CNN bəyan edib ki, bu, Amerika silahlarının, hərbi texnikaların və təchizatlarının satışı barədə sazişin pozulmasıdır. Telekanal apardığı araşdırmaların nəticələrini ABŞ-ın hərbi qurumuna yollayıb. Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb. Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. Teqlər : #CNN:,#Səudiyyə,#Ərəbistanı,#ABŞın,#hədiyyə,#etdiyi,#silahları,#Yəməndə,#ƏlQaidənin,#ixtiyarında,#qoyur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru YUNİSEF: Yəməndə 6700 uşaq həlak olub və ya ağır yaralanıb `Səudiyyə Ərəbistanı Yəməndə dünyanın ən böyük humanitar fəlakətini yaşadır`
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'