Bu məscidin damında müsəlmanlar bal arısı yetişdirir - LONDONDA 08 Avqust 2018 01:00 Xəbərlər İngiltərədə “East London” məscidinin damında bal arısı yetişdirilməsi layihəsi uğurla davam etdirilir. Maide.Az “aboutislam”a istinadən xəbər verir ki, 46 yaşlı Xəlil Attan ailəsi ilə birlikdə “East London” məscidinin banında bal arısı yetişdirir. X.Attan deyib ki, bu layihənin icrasından məqsəd insanların təbiətlə olan yaxınlaşmasını təmin etməkdir. “Məqsədimiz İslam mədəniyyətinin insanların təbiətə və ətraf mühitə nə qədər diqqət yetirməsini cəmiyyətə göstərməkdir.” O bildirib ki, 2011-ci ildə Quran ayələrindən ilhamlanaraq məscidin damında bal arısı yetişdirmək üçün məscidin komitəsinə müraciət etdim. “London məscidinin komitəsi 60 min bal arısının məscidin damında yetişdirilməsinə icazə verdi. Hazırda bu illər ərzində aparılmış işlər nəticəsində bal arıların sayı yarım milyondan çoxdur.” O qeyd edib ki, bal arısının məscidin damında yetişdirilməsi turistlərin də məscidə diqqətini artırıb və bu onların İslam dini və mədəniyyəti ilə tanışlığına səbəb olur. Teqlər : #Bu məscidin damında müsəlmanlar bal arısı yetişdirir LONDONDA, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kanada Səudiyyə Ərəbistanına arpa və buğda satmayacaq Planeti bu 7 yolla xilas edə bilərsən