Bu məscid dünyanın ən yaxşı tikililəri siyahısına daxil edildi - FOTO 19 Dekabr 2017 02:00 Xəbərlər -- Dünyanın ən yaxşı memarlıq incilərini tikən memarlar mükafatlandırılır. Britaniya Krallığı Memarlar İnstitutu (RIBA) memarlıq üzrə “RIBA-2018” beynəlxalq siyahını yayımlayıb. Maide.Az “islam-today”-ə istinadən xəbər verir ki, siyahıda dünyanın 28 ölkəsindən 62-dən çox memarlıq nümunəsi yer alıb. Onların sırasında xüsusiilə qeyri-adi memarlığına görə İstanbul yaxınlığında yerləşən məscid qeyd olunub. Məscid inşa edən məşhur türk memarı Əmrə Arolat mükafata layiq görülüb. 7 metr dərinlikdə tikilmiş məsciddə eyni vaxtda 650 nəfər ibadət edə bilir. Qeyd edək ki, iki ildən bir keçirilən bu mükafatlandırmada dünyanın ən yaxşı memarlıq incilərini tikən memarlar mükafatlandırılır. Teqlər : #Bu məscid dünyanın ən yaxşı tikililəri siyahısına daxil edildi FOTO , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Polisin bu addımı sürücüləri çaşdırdı – VİDEO Qəbirlərin qorunmasına dövlət nəzarət edəcək