Bu ölkədə `Səyyar Məscidlər` fəaliyyət göstərir -FOTO 06 İyul 2016 01:00 Xəbərlər Azan verilir və şəhərin tıxac dolu yollarında vaxtında məscidə çatıb namaz qıla bilmirsən? Bunun həll yolu tapılıb. “Səyyar Məscid” bu problemi aradan qaldırır. Maide.Az xəbər veri rki, İndoneziyada insanların çox olduğu bölgələrdə, tıxaclarda, festival və idman yarışlarının keçirildiyi yerlərdə “səyyar məscidlər” fəaliyyət göstərir. Bu məscidlər dini ayinləri yerinə yetirməkdə insanların işini asanlaşdırır. Ağ və yaşıl rəngli mikro avtomobil səyyar ibadət ocağı kimi hazırlanıb. Bu avtomobildə dəstəmaz almaq imkanı və ibadət üçün lazım olan digər imkanlar mövcuddur. Bu layihə ilk dəfə İndoneziyanın Java vilayətinin Bandung şəhərində həyata keçirilib. Şəhərin 50 bölgəsində səyyar məscidlər quraşdırılıb və uğurlu bir təcrübə olub. İndoneziyada hazırda 800 min məscid fəaliyyət göstərir ki, bu məscidlər əsasən ölkənin böyük şəhərlərində yerləşir. Teqlər : #Bu ölkədə `Səyyar Məscidlər` fəaliyyət göstərir FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xameneinin ofisi:6 iyul Fitr bayramı günüdür-FOTO İngiltərədə möhtəşəm Fitr bayramı namazı-VİDEO