Bu küçələrdə rənglənmə işləri aparılacaq 28 Aprel 2017 01:00 Ölkə Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küşəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində davam etdiriləcək. Maide.İnfo xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-dən məlumat verilib. "İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - məlumatda əlavə edilib. / Teqlər : #Bu küçələrdə rənglənmə işləri aparılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaz bahalaşması başladı Bu ərazinin su təchizatı məhdudlaşdırılacaq