Bu il Azərbaycanın orta məktəblərində 1 445 049 şagird təhsil alacaq 14 Sentyabr 2017 01:00 Ölkə Bir çox saytlarda dərslərin 18 sentyabrda başlanacağı ilə bağlı yanlış xəbərlər yer alır. Ölkəmizdə hər il olduğu kimi "Bilik günü" sentyabrın 15-də qeyd ediləcək”. “Report”un xəbərinə görə, bunu Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirib. O qeyd edib ki, bu il orta məktəblərə bütün siniflər üzrə 1 445 049 şagird gedəcək. Həmçinin, 2017/2018-ci tədris ilində ölkə üzrə 164 945 nəfər şagird I sinfə gedəcək. Ötən illə müqayisədə I sinifə gedən şagirdlərin sayında artım var. Belə ki, 2016/2017-ci tədris ilində birinci 164 033 nəfər şagird ilk dəfə məktəbə qədəm qoymuşdu. Teqlər : #Bu il Azərbaycanın orta məktəblərində 1 445 049 şagird təhsil alacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bahalaşmanın 3 əsas səbəbi Sentyabrın 15-ə olan hava proqnozu açıqlanıb