Bu gün Azərbaycanın 4 cüdoçusu `Böyük Dəbilqə`də mübarizəyə qoşulacaq 29 Oktyabr 2016 01:00 İdman Sabah isə 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəkilərdə görüşlər keçiriləcək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq. "Report"un məlumatına görə, 73 kq və 81 kq çəkilərdə çıxış edən idmançılar yarışacaq. 73 kq-da mübarizə aparan idmançılar sırasında Azərbaycanı Avropa çempionu və olimpiya mükafatçısı Rüstəm Orucov, eləcə də Fəqan Quluzadə təmsil edəcək. R.Orucovun 1/8 finalda rəqibi olmadığından, o, mübarizəyə 1/4 final mərhələsindən start verəcək. F.Quluzadə isə yoluna davam etmək üçün pakistanlı Nadim Akramdan üstün olmalıdır. F.Quluzadə mərhələ keçəcəyi təqdirdə, yarımfinal uğrunda R.Orucovla görüşməlidir. 81 kq çəkidə yarışan Elvin Əhmədli mübarizəyə 1/16 finaldan başlayacaq. O, növbəti mərhələyə yüksəlmək üçün almaniyalı Benjamin Munnixlə qarşılaşacaq. Qalib cüdoçu 1/8 finalda rusiyalı İvan Vorobyova rəqib olacaq. Ruslan Fərruxzadə 1/8 finaldan başlayacaq və ilk görüşünü monteneqrolu Srcan Mrvalyeviçə qarşı keçirəcək. Sabah isə 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəkilərdə görüşlər keçiriləcək. Qeyd edək ki, turnirin ilk günündə 60 kq və 66 kq çəkilərdə Azərbaycanın 4 cüdoçusu mübarizə aparıb. Mehman Sadıqov 60 kq çəkidə turniri 5-ci pillədə başa vurub. Eyni çəkidəki çıxış edən Oruc Vəlizadə, 66 kq-da isə İlqar Müşkiyev və Vüqar Şirinli isə ilk görüşlərində uduzub. / Teqlər : #Bu gün Azərbaycanın 4 cüdoçusu `Böyük Dəbilqə`də mübarizəyə qoşulacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan FİFA reytinqində 2 pillə geriləyəcək Rafael Ağayev beşqat dünya çempionu oldu