Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ 12 Aprel 2019 11:39 Xəbərlər Qaradağ rayonunun bəzi ərazilərində yenidənqurma işləri ilə əlaqədar işıq olmayacaq. Maide.Az bildirir ki, “Azərişıq” ASC-dən verilən məlumata görə, bu gün saat 12.30-dan 16-00-dək 110 kv-luq 5-ci Xırdalan və 110/35/6 kv-luq 137 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ-sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir. Teqlər : #ərazilərdə,#işıq,#olmayacaq,#XƏBƏRDARLIQ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tbilisidə taksi sürücüləri kütləvi aksiya keçirirlər Özbəkistanda qadınlar hərbi xidmətə çağırılacaq