BMT Yəməndə müharibənin bitməsinə çağırış edir 29 Sentyabr 2020 16:08 Yəmən BMT baş katibinin nümayəndəsi Yəməndəki müharibəyə son qoyulmasının vacibliyini vurğulayıb. "Quterreş, 1081 məhbusun dərhal sərbəst buraxılması ilə əlaqədar Yəməndəki münaqişə tərəfləri arasında imzalanan razılaşmanı alqışlayır", - deyə Antonio Quterreşin sözçüsü Stefan Dyujarrik deyib. O, Yəməndəki bütün münaqişə tərəflərini, BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits ilə iqtisadi və humanitar fəaliyyət göstərməyə və müharibəni sona çatdırmaq üçün hərtərəfli siyasi prosesi başlatmağa çağırıb. Martin Qriffits razılaşmanın uğurlu danışıqların mümkünlüyünə işarə etdiyini qeyd edərək, tərəflərin 1081 məhbusun sərbəst buraxılması barədə razılığa gəldiyini söyləyib. Səudiyyə rejimi, Birləşmiş Ştatların, Birləşmiş Ərəb Əmirliklərinin və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin martından etibarən Yəməni qurudan, dənizdən və havadan mühasirəyə alaraq hərbi təcavüzü başladıb. Yəməndəki müharibə nəticəsində 16 mindən çox Yəmənli öldürülərək, on minlərlə insan yaralanıb, milyonlarla yəmənli evsiz qalıb. /parstoday Teqlər : #BMT,#Yəməndə,#müharibənin,#bitməsinə,#çağırış,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanı Yəmən ərazilərinə zərbə endirməyə davam edir Səudiyyə rejimi Yəməndə yenə dinc sakinləri vurdu
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'