BMT Suriyanın Deyruz-Zur şəhərində acınacaqlı vəziyyət haqqında xəbərdarlıq edib 17 Yanvar 2016 02:00 Dünya BMT Suriyanın Deyruz-Zur şəhərində həyatın acınacaqlı vəziyyətdə olması barədə xəbərdarlıq edib. Maide.az xəbər verir ki, BMT şənbə günü məlumat yayaraq təxminən 200 min suriyalının Deyruz-Zur şəhərində acınacaqlı şəraitdə olması və ərzaq çatışmazlığından əziyyət çəkməsi barədə xəbərdarlıq edib. Deyruz-Zur şəhərinin qərb hissələri 2015-ci ilin mart ayından İŞİD terror qruplaşmasının işğalındadır. BMT bildirib ki, Suriyanın Deyruz-Zur şəhərinə dövlət yardımları dayanıb və bu şəhərdə içməli su ehtiyatları çox məhduddur və aylardır ki, bu şəhərdə elektrik yoxdur. BMT Deyruz-Zur şəhərində 200 min nəfərin aclıqla üzləşdiyinə diqqət çəkərək bildirib ki, qeyri-rəsmi hesabatlara əsasən İŞİD terrorçularının işğalı altında olan bu şəhərdə onlarla nəfər aclıq nəticəsində dünyasını dəyişib./ Teqlər : #BMT Suriyanın DeyruzZur şəhərində acınacaqlı vəziyyət haqqında xəbərdarlıq edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çikaqoda polis zorakılığı əleyhinə aksiya keçirilib Amerika hərbçilərini Bağdadda oğurladılar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO