BMT-nin xüsusi məruzəçisi: `Dünyada hər dəqiqə 20 nəfər qaçqına çevrilir` 20 İyun 2018 01:00 Dünya -- Ümumdünya Qaçqınlar Günündə.. "Bu gün münaqişələr və ya daxili təqiblər nəticəsində dünyada 68 milyondan çox insan qaçqın və ya məcburi köçkündür. Bu, dünyanın ən böyük 20 ölkəsi sırasında yer alan ölkələrdən birinin əhalisi qədərdir". Maide.Az bildirir ki,"Report" xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterrişin iyunun 20-də qeyd olunan Ümumdünya Qaçqınlar Günü münasibətilə etdiyi müraciətində deyilir. BMT başçısı qaçqınlara və onları qəbul edən dövlətlərə daha çox yardım göstərilməsinin zəruriliyini vurğulayıb: "Vahid cəbhədə birləşməsək, uğursuzluğa düçar olacağıq". O xatırladab ki, bu il BMT Baş Assambleyasına təsdiq üçün Qaçqınlar haqqında Qlobal Saziş təqdim olunacaq. "Müharibələr və təqiblər olduğu müddətdə qaçqınlar da olacaq. Bu gün - Ümumdünya Qaçqınlar Günündə sizlərdən onları xatırlamağınızı xahiş edirəm. Onların hekayəsi dözümlülük və cəsarət hekayəsidir. Həmrəylik və mərhəmət göstərməliyik, eləcə də iş görməliyik", - A.Quterriş bildirib. BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen də qaçqınlara dəstək, eyni zamanda, onlara imkan təhsil almaq imkanı vermək, məşğulluq və mənzillə təmin olunmasına yardım etmək çağırışı ilə beynəlxalq ictimaiyyətə müraciət edib. "Dünyada hər dəqiqə müxtəlif ölkələrdən, müxtəlif irqlərdən və müxtəlif dinlərdən olan 20 nəfər təqiblər və ya münaqişələr nəticəsində evlərini tərk etmək məcburiyyətində qalır", - Fernan de Varen deyib. Teqlər : #BMTnin xüsusi məruzəçisi: `Dünyada hər dəqiqə 20 nəfər qaçqına çevrilir`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pew Araşdırma Mərkəzi dünya əhalisinin dindarlıq səviyyəsi ilə bağlı araşdırmasının nəticəsini açıqlayıb “Bosniya qəssabı” Parisdə tutuldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO