BMT: Banqladeşə sığınan Arakanlı müsəlmanların sayı 536 min nəfərə çatıb 13 Oktyabr 2017 01:00 Dünya Birləşmiş Millətlər Təşkilatı (BMT) avqustun 25-dən indiyədək Myanmadakı zorakılıqlardan qaçaraq Banqladeşə sığınan Arakanlı müsəlmanların sayı 536 min nəfərə çatdığını bildirib. Maide.Az “AA”-a istinadən xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) sözçüsü Joel Millman, BMT-nin Cenevrədəki ofisində təşkil etdiyi mətbuat konfransında bildirib ki, oktyabrın 9-11-də Myanma ordusunun zorakılıqlarından qaçan 15 min müsəlman Banqladeşə sığınıb. J.Millman deyib ki, Banqladeş - Myanma sərhəddində Naf çayının Myanma tərəfində 8-9 min müsəlman Koxs Bazara keçmək üçün gözləyir. Avqustun 25 –dən indiyədək Arakanlı müsəlman qaçqınların sayının 536 min nəfərə çatdığını deyən J. Millman düşərgələrdə təmiz su və səhiyyə xidmətləri kimi təcili insan tələbatlarına böyük ehtiyacı olduğunu vurğulayıb. O, Arakanlı müsəlmanların Banqladeşə keçməyə can atdığını və Koxs Bazara sığınan qaçqınların Myanmadakı evlərinə geri dönəcəklərinə dair hər hansı bir əlamətin olmadığını bildirib. Teqlər : #BMT: Banqladeşə sığınan Arakanlı müsəlmanların sayı 536 min nəfərə çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Dünyada 815 milyon insan acdır Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO