Beyt Ləhmdə bir neçə fələstinli yaralanıb 28 Sentyabr 2015 01:00 Fələstin Sionist həbrçilər Beyt Ləhmdə fələstinlilərə hücum edərək, onlardan bir neçəsini yaralayıb. Maide.az xəbər verir ki, Fələstin informasiya mərkəzinin məlumatına görə, sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin cənubunda yerləşən Beyt Ləhmdəki Təqu qəsəbəsində fələstinlilərə hücum edib. Məlumata görə, sionist hərbçilərlə fələstinli gənclər arasında qeyd olunan qəsəbənin girəcəyində baş vermiş toqquşmada sionistlər fələstinlilərə qarşı gözyaşardıcı qaz, səs qumbaraları və güllələrdən istifadə ediblər. Nəticədə bir qrup fələstinli yaralanıb və digər bir qrup da gözyaşardıcı qazla tənəffüs nəticəsində boğulma halına düşüb. Həmçinin sionist rejimin xüsusi polis qüvvələri Beytulmuqəddəsin qədim hissəsində fələstinli etirazçılarla toqquşub. Sionist hərbçilər Məsciduləqsanın daxilində də fələstinli namazqılanlara tərəf səs güllələri atıblar. Yüzlərlə fələstinli namazqılan sionist qəsəbə sakinlərinin basqınları ilə mübarizə məqsədilə Məsciduləqsada etikaf keçirir. Sionist qəsəbə sakinləri bazar ertəsi günündən başlanacaq yəhudi bayramı münasibəti ilə Məsciduləqsaya qarşı basqınlarını bərpa edib./ Teqlər : #Beyt Ləhmdə bir neçə fələstinli yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Daha 13 fələstinli həbs edildi Sionist rejim 15 ildə 90 min fələstinlini həbs edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar