Belarusda aksiyalar genişlənir 20 Fevral 2017 02:00 Dünya Belarusda vergilərə etiraz edən şəhərlərin sayı artır. Aksiyaçılar təkcə paytaxt Minskdə deyil, Qomeldə və başqa kiçik şəhərlərdə də küçələrə çıxırlar. Rusiyayla sərhəd yaxınlığındakı Qomeldə mindən çox adam yürüş edərək, hökumətin yeni vergi siyasətinə qarşı şüarlar səsləndirib. Fevralın 17-də Minskdə son illərin ən kütləvi mitinqi keçirildi. Belaruslar prezidentin "Sosial parazitlərə qarşı" qanununa etiraz edirlər. Qanuna görə, işsizlər hökumətə ildə 200 dollar vergi ödəməlidir. Qərara etiraz sənədini 60 minə yaxın adam imzalayıb. Amma onlardan kiminsə basqıya məruz qalmasıyla bağlı xəbər yoxdur, aksiyalar da insidentsiz ötüşür. Halbuki ölkəni 20 ildən çoxdur idarə edən prezident Alyaksandr Lukashenka müxalifəti, vətəndaş cəmiyyətini və mətbuatı basqı altında saxlayan diktator kimi tanınır. Neftin dəyərdən düşməsi və qonşu Rusiyada yaranan böhran Belarusa da təsir edib. Ölkə ciddi iqtisadi problemlərlə üz-üzədir. (AzadlıqRadiosu) / Teqlər : # Belarusda aksiyalar genişlənir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerikanın Meriland əyaləti Quran yarışlarına evsahibliyi edəcək Rusiyada yol qəzasında altı nəfər ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO