BDU-nun Dinşünaslıq ixtisasına tələbə qəbulu dayandırılıb 28 İyul 2017 01:00 Elm, Təhsil Bu il Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinə tələbə qəbulu dayandırılmayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Qeyd olunub ki, fakültənin bakalavr və magistratura səviyyəsinin müvafiq ixtisaslarına qəbul davam edir. “Report”un əldə etdiyi məlumata görə, 2017/2018-ci tədris ilində BDU-nun İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına bakalavr səviyyəsi üzrə plan yeri ayrılmayıb. Lakin adıçəkilən ixtisas üzrə magistr pilləsinə qəbul olacaq. / Teqlər : #BDUnun Dinşünaslıq ixtisasına tələbə qəbulu dayandırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İyulun 27-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb Azərbaycanda yeni tədris ilinin tətil günləri təsdiqlənib