Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb 22 Dekabr 2018 13:19 Ölkə Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumatına görə, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeronda gecə 4-6°, gündüz 7-11° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-6° isti təşkil edəcək. Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, dekabrın 23-dən 25-dək bəzi rayonlarda qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Teqlər : #Bazar,#günü,#Azərbaycanda,#gözlənilən,#hava,#şəraiti,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yasamal Yaşayış Kompleksindəki güzəştli mənzillər satışa çıxarılıb - SAY və QİYMƏTLƏR Kolleclərə tələbə qəbulu qaydaları dəyişdirildi