Bayram günlərinin qorxunc statistikası:14 ölü, 79 yaralı 29 İyun 2017 01:00 Hadisə Ardıcıl 5 gün davam edən istirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 14 nəfər həyatını itirib. Maide.İnfo Lent.az-a istinadən xəbər verir ki, iyunun 28-də ölkə yollarında 16 avtomobil qəzası baş verib. Nəticədə 4 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb. Belə ki, Ağdaşda və Bakının Xətai rayonunda avtomobillər piyadaları vuraraq öldürüb. Masallıda isə minik avtomobilinin yük maşınına çırpılması nəticəsində ana və oğlu ölüb, 3 nəfər isə xəsarət alıb. Son 5 gündə ölkə yollarında baş vermiş qəzaların statistikası belədir: 24 iyun: 12 hadisə, 2 ölü, 16 yaralı 25 iyun: 11 hadisə, 3 ölü, 12 yaralı 26 iyun: 8 hadisə, 2 ölü, 17 yaralı 27 iyun: 12 hadisə, 3 ölü, 13 yaralı 28 iyun: 16 hadisə, 4 ölü, 21 yaralı. Ümumilikdə geridə qalan istirahəıt günlərində 59 yol nəqliyyat hadisəsi baş verib ki, bu hadisələr nəticəsində 14 nəfər həyatını itirib, daha 79 nəfər isə ağır bədən xəsarəti alıb. / Teqlər : #Bayram günlərinin qorxunc statistikası:14 ölü,#79 yaralı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Masallıda ağır yol qəzası olub - ÖLƏNLƏR VAR Bakıda binada yanğın: 3 nəfər tüstüdən zəhərlənib