Bayram günlərində Bakıda həkimə müraciət edənlərin sayı artıb 02 Yanvar 2015 02:00 Ölkə Bayram günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edənlərin sayında artım müşahidə olunub. Bu barədə Trend-ə stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. Onun sözlərinə görə, adi günlərdə Bakıda gün ərzində təxminən 1800 çağırış olursa, bayram günlərində bu çağırışlar 2000-ə yaxın olub. O.Şahmalıyev qeyd edib ki, artımın səbəblərindən biri adi tibb müəssisələrinin bayram günlərində işləməməsidir. O.Şahmalıyev əlavə edib ki, adi günlərdə olduğu kimi müraciətlər, əsasən, ürək-damar xəstəlikləri ilə bağlı olub./ Teqlər : #Bayram günlərində Bakıda həkimə müraciət edənlərin sayı artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İlham Əliyev tıxaca düşdü, generalı işdən qovdu `20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı` təsdiq edildi