Bakıya yağış yağdı, yolları su basdı - Foto 29 Mart 2016 01:00 Ölkə Bu gün səhər saatlarından Bakıya güclü yağış yağmağa başlayıb. “Qafqazinfo” xəbər verir ki, güclü yağış şəhərin bir sıra mərkəzi və həmçinin kənar küçələrində nəqliyyatın, piyadaların hərəkətində problem yaradıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi ilə bağlı ötən gün xəbərdarlıq yayıb. Azərbaycanın rayonlarında da martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur./ Teqlər : #Bakıya yağış yağdı,#yolları su basdı Foto, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sürücülük vəsiqələri dəyişdirilə bilər - Texniki qüsur- VİDEO Şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb