Bakının məşhur göydələnində yanğın oldu 06 Aprel 2019 09:26 Hadisə Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən “Altes Plaza”-nın 8-ci mərtəbəsində yanğın baş verib. ONA xəbər verir ki, yanğın məişət tullantıları olan eyvanda başlayıb. FHN-nin yaxınlığda yerləşən 29№ yanğın mühafizə bölməsi hadisə yerinə 3 texnika və canlı qüvvəsini göndərib. Ümumi səylər nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməyə imkan verilməyib. “Altes Plaza” təhlükəsizlik xidmətinin rəisi ONA-ya verdiyi məlumata görə, yanğın eyvana tullanmış siqaret kötüyündən başlayıb. Hadisə zamanı evdə heç kəs olmayıb. Teqlər : #Bakının,#məşhur,#göydələnində,#yanğın,#oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda dustaqlar arasında kütləvi dava düşüb, 6 nəfər xəsarət alıb Sel Azərbaycanın bu bölgəsinə ciddi ziyan vurdu