Bakının bəzi hissələrinin qaz təchizatı məhdudlaşdırılır

Bakının bəzi hissələrinin qaz təchizatı məhdudlaşdırılır

Bu gün Bakı şəhəri Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nərimanov rayonu, Heydər Əliyev prospekti, Atletlər kəndi ilə Media şəhərciyinin yaxınlığında diametri 325 mm-lik orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar oktyabrın 25-də saat 09:00-dan 18:00-dək Heydər Əliyev, Nəriman Nərimanov, Aşıq Molla Cümə, Əhməd Rəcəbli, Təbriz Həsənoğlu, Qarabağ, Ceyhun Hacıbəyli küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. (apa) /

Google+ WhatsApp ok.ru