Bakı məktəbində şagirdin saçının yolunması xəbəri yalan çıxdı 09 Yanvar 2015 02:00 Ölkə Bakıda 53 saylı məktəbdə müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddiası öz təsdiqini tapmayıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məlumata görə, məktəbə dermatoloq həkim dəvət edilib. Təhsil İdarəsinin Daxili Nəzarət Sektorunun əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində valideynin iddia etdiyi kimi müəllimin azyaşlı məktəbli qıza qarşı vəhşilik etməsi faktı aşkarlanmayıb. Həkim-dermatoloq məktəblinin saçlarının dəri xəstəliyi nəticəsində tökülməsi barədə rəy verib.Oxu.Az Teqlər : #Bakı məktəbində şagirdin saçının yolunması xəbəri yalan çıxdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Məmurlar, nazirlər küçələri təmizləsin” - Millət vəkili Bakıda tələbələr peyğəmbəri təhqir edənlərə belə cavab verdi - FOTO