Bakıda yolayırıcı dəmir maşını ortadan biçdi

Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. İdarəetməni itirən sürücü maşınını dəmir arakəsmələr çırpıb. Xarici dairəvi yolda baş verən hadisə nəticəsində minik maşınının sürücüsü xəsarət alıb. 
 
Məılumata görə, Biləcəri qəsəbəsindən Lokbatan dairəsi istimətində hərəkət “Mercedes” maraklı minik maşını sürücünün nəzarətindən çıxaraq yol ayrıcı dəmir arakəsmələrə çırpılıb. 
 
Sürət amili və hava şəraitini nəzərə almayan sürücünün törətdiyi qəzada onun bir anlıq şanlı olması sağ qalması ilə nəticələnib. Belə ki, yolayrıcı dəmir lövhə maşının ön hissəsindən keçərək maşının arxa hissəsindən çıxıb. Sürücüyə ilk yardım göstərən hadisə şahidləri onun yüngül xəsarə aldığını bildirdilər. Amma buna baxmayaraq onu təcili tibbi yardımla xəstəxanaya göndəriblər.
 
Diqqət çəkən məqam isə magistralda son təmir işlərinin bitməsinə baxmayaq, yolayrıcında heç bir xəbardaredici nişanın olmasıdır. Hətta bəzi sökülən dəmir lövhələr yolun kənarına yığılıb. 
 
Qəzanın səbəblərinə gəlincə isə, hadisə ilə bağlı araşdırmalar baş dövlət yol polisi idarəsində aparılacaq.

Google+ WhatsApp ok.ru