Bakıda sudan kütləvi zəhərlənmə: 15 uşaq xəstəxanaya düşdü 22 Oktyabr 2015 01:00 Ölkə Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. 70-dən çox adamın zəhərlənməsinə binaya verilən su səbəb olub. Maide.az xəbər verir ki, sakinlərin ANSpress-ə verdiyi məlumata görə, hadisə Qaraçuxur qəsəbəsində, Zaur Şərifov 24 ünvanında qeydə alınıb. Belə ki, dünəndən başlayaraq bina sakinləri arasında zəhərlənmə halları müşahidə edilib. Ümumiikdə 70-ə yaxın adam zəhərlənib ki, onlardan da 20-dən çoxu uşaqdır. Zəhərlənənlərdən bəzilərinin vəziyyətinin orta-ağır olduğu bildirilir. Onların sözlərinə görə, binaya su verilən borular nasaz vəziyyətdədir: "Çirkab suları zirzəmidəki nasos vasitəsilə yenidən mənzillərə vurulub". Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda xəstəxanada 15-ə yaxın adam var. Nazirlik onların sudan zəhərləndiyini təsdiqləyib. O da bildirilib ki, xəstələrin həyatları üçün heç bir təhlükə yoxdur. / Teqlər : #Bakıda sudan kütləvi zəhərlənmə: 15 uşaq xəstəxanaya düşdü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa Məhkəməsi «Qış Bulvarı»na görə Azərbaycanı cərimələdi MTN-in daha üç əməkdaşı həbs olundu