Bakıda silah sərgisi keçiriləcək 24 Sentyabr 2018 01:00 Xəbərlər 2018-ci il sentyabrın 25-dən 27-dək Bakıda «ADEX-2018» Azərbaycan beynəlxalq müdafiə sərgisi keçiriləcək. Maide.Az bildirir ki, bu barədə məlumatı Müdafiə Sənayesi Nazirliyi yayıb. «ADEX» sərgisi müasir silah və avadanlıqların möhtəşəm nümayişi ilə yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün, qüdrətinin aydın göstəricisi olacaq», - məlumatda yazılıb. Məlumatda vurğulanır ki, «ADEX-2018» sərgisində dünyanın inkişaf etmiş ölkələrindən 200-dən çox şirkətin iştirakı nəzərdə tutulur. Azərbaycan, Türkiyə, Fransa, Rusiya, İsrail, Belarus, Pakistan, Serbiya, Ukrayna və digər ölkələr bu sərgidə milli qruplarla çıxış etməlidirlər. Sərgi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq havada yerləşən meydançanı əhatə edəcək. «ADEX» sərgisi ilk dəfə 2014-cü ildə keçirilib. 2018-ci ildə təşkil olunan sərgi sayca üçüncüdür. Teqlər : #Bakıda silah sərgisi keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kubada baş verən yol qəzasında 40 nəfər xəsarət alıb London küçələrini “Səninləyik ya Hüseyn!” sədaları bürüdü - FOTO