Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib 12 İyul 2014 01:00 Hadisə Bakıda yol qəzası baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Bülbül prospekti-1 ünvanında qeydə alınıb. 1967-ci il təvəllüdlü Elşən Zeyqəm oğlu Babayevin idarə etdiyi 10 AK 009 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillə 1982-ci il təvəllüdlü Ramiz Ələsgər oğlu Əliyevin idarə etdiyi 10 UA 275 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri - 1993-cü il təvəllüdlü Osman Hüseynqulu oğlu Poladov və 1988-ci il təvəllüdlü Elvin Zeynəddin oğlu Xasmətov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Teqlər : #Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda Türkiyəyə doğru 3 ton heroin yükü Bakı metrosunda yenə həyəcanlı anlar yaşanıb